Avro-2012: İsveç heyəti elan etdi
İsveç millisi, ilk olaraq, Avropa çempionatının final mərhələsinə yollanacaq son heyəti elan edib. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Erik Hamren Polşa və Ukraynaya aparacağı 23 futbolçudan ibarət siyahını açıqlayıb. Bunlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi və 5-i hücumçudur. Yığmada daha çox ölkədən kənarda çıxış edən futbolçular yer alıb. Belə ki, 23 futbolçudan 20-si legioner, yalnız 3-ü İsveç çempionatında çıxış edənlərdir.

Zlatan İbrahimoviçin lideri olduğu İsveç yığmasında Türkiyə Superliqasından 2 futbolçu var ki, bunlardan biri hücumdakı tərəfdaşı, “Qalatasaray”la çempion olan Yohan Elmanderdir (Qeyd edək ki, İsveç yığması Ukrayna, Fransa və İngiltərə milliləri ilə birgə “D” qrupunda yer alıb):

Qapıçılar: Pyer Hansson (“Helsinborq”), Andreas İsaksson (PSV, Niderland), Yohan Viland (“Kopenhagen”, Danimarka)

Müdafiəçilər: Mikael Antonsson (“Bolonya”, İtaliya), Andreas Qrankvits (“Cenoa”, İtaliya), Mikeal Lustiq (“Seltik, Şotlandiya), Olaf Mellberq (“Olimpiakos”, Yunanıstan), Yonas Olsson (“Vest Bromviç”, İngiltərə), Martin Olsson (“Bləkbörn”, İngiltərə), Behranq Safari (“Anderlext”, Belçika)

Yarımmüdafiəçilər: Elmir Bayrami (“Tvente”, Niderland), Rasmus Elm (“Alkmaar”, Niderland), Samüel Holmen (“İstanbul Böyükşəhər Bələdiyyəspor”, Türkiyə), Kim Kellstrem (“Lion”, Fransa), Sebastyan Larsson (“Sanderlənd”, İngiltərə), Anders Svensson (“Elfsborq”), Pontus Vernblum (SSKA, Rusiya), Kristian Vilhelmsson (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı)

Hücumçular: Yohan Elmander (“Qalatasaray”, Türkiyə), Tobias Hyusen (“Höteborq”), Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Markus Rozenberq (“Verder”, Almaniya), Ola Toyvonen (PSV, Niderland)

Xəbər 1104 dəfə oxundu.