Rusiya, İslandiya və Türkiyə klublarının futbolçuları Azərbaycan millisinə dəvət olunub
Avqustun 23-dən 31-dək Bakıda qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Toplanışa Nigar Abdulova (“Keşlə”), Arzu Əliyeva (“Uğur”), Kamilla Məmmədova, Nigar Mirzəliyeva (hər ikisi “Qubek”), Aytac Şərifova (“Keflavik”, İslandiya), Gülsüm Tunc, Kristina Bakarandze (hər ikisi “Hakkarigücü”, Türkiyə), Vüsalə Hacıyeva, Jalə Məhsimova, Firəngiz Teymurova (hamısı “İjevsk”, Rusiya), Manə Mollayeva, Nərgiz Hacıyeva, Vüsala Seyfəddinova (hamısı “Ryazan VDV”, Rusiya), Yeliz Açar, Nazlıcan Parlak (hər ikisi “Fatih Vatan”, Türkiyə), Roza Quliyeva, Aysun Əliyeva, Rövşanə Sərdarlı (hamısı “Okjetpes”, Qazaxıstan), Sevinc Cəfərzadə (“Kubanoçka”, Rusiya), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Yenisey”, Rusiya), Salome Gasviani (“Lançxuti”, Gürcüstan) və Neslihan Bozkaya (“Kemer”, Türkiyə) dəvət olunublar.

Xəbər 781 dəfə oxundu.