Futzal üzrə İkinci Liqanın 2019-2020-ci il mövsümündə 20 komanda iştirak edəcək
Futzal üzrə İkinci Liqanın 2019-2020-ci il mövsümündə 20 komanda iştirak edəcək.

Ötən çempionatda da 20 komanda birincilik uğrunda mübarizə aparıb. Amma hazırkı siyahıda debütantlar var.

İkinci Liqada NTD, “Baker Tilly”, “Kaspar”, “Təbriz”, “Borçalı”, “Advokat”, “Star karqo-2”, ASCO Dənizçi, “Emin spor”, “Baku Fire-3”, “Zülfüqar”, “Hövsan”, “Bibi-Heybət”, “Gənclik” İK, “Dalğa”, “Bədr Xocalı”, “Baker Hughes”, “Atletiko Baku”, “Timsport” və “Altay” klubları çıxış edəcəklər.

Qeyd edək ki, İkinci Liqada yeni mövsümün püşkü sentyabrın 4-də Bakı İdman Sarayında atılacaq.

Xəbər 711 dəfə oxundu.