Gənc taekvandoçularımız Ukraynada təlim-məşq toplanışında iştirak edirlər
Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə yığma komandası Ukrayna komandasının dəvəti ilə Xarkovda təlim-məşq toplanışında iştirak edir.

Ukrayna, Latviya, Çexiya və Estoniyanı təmsil edən idmançıların qatıldığı məşqlər avqustun 30-dək davam edəcək.

Təlim-məşq toplanışının sonuncu günündə taekvandoçular arasında sınaq döyüşləri keçiriləcək.

Xatırladaq ki, komandamız hazırlıq prosesinə baş məşqçi, Əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında qatılıb.

Xəbər 1004 dəfə oxundu.