Eldar Cəfərov və Anna Sajınanın dünya “bürünc”ü
Rusiyanın Omsk şəhərində Dünya Rəqs Şurası (WDC) versiyasına görə idman rəqsləri üzrə dünya çempionatı keçirilib. İdman.com.az saytının məlumatına görə, Azərbaycanı təmsil edən Eldar Cəfərov – Anna Sajına cütlüyü yarışda öz uğurlu çıxışları ilə seçilib. İdmançılarımız standart proqram üzrə yarışda bürünc medal qazanıblar.

Xəbər 1874 dəfə oxundu.