“Linfild”- “Qarabağ” qarşılaşmasında birinci hissə başa çatıb
Avqustun 22-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün play-off mərhələsi çərçivəsində keçirilən “Linfild” - “Qarabağ” qarşılaşmasında birinci hissə başa çatıb.

Birinci hissədə qapılara üç qol vurulub. Belə ki, oyunda ilk hesab 14-cü dəqiqədə açılıb. Ağdam təmsilçisi Faysal Rerras adını tabloya yazdırıb – 0:1. Qoldan sonar hücumları davam etdirən Qurban Qurbanovun yetirmələri rəqib qapısında bir-neçə təhlükəli vəziyyət yaradıb. Lakin ilk hissənin sonlarında rəqib özünü toparlamağı bacarıb. 40-cı və 45-ci dəqiqələrdə “Linfild”in futbolçuları iki qol vuraraq fasiləyə üstün yollanıblar.

Xəbər 810 dəfə oxundu.