Qadın güləşçilərimiz dünya çempionatına Türkiyədə hazırlaşırlar
Qadınlardan ibarət güləş yığmamız Türkiyənin Sarıyer şəhərində təlim-məşq toplanışını davam etdirir.

Avqustun 24-dək davam edəcək hazırlıq prosesi gələn ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Türkiyə və Monqolustan milliləri ilə birgə təşkil edilən hazırlıq prosesi əsasən fiziki hazırlıq üzərində qurulub.

Qeyd edək ki, komandamız son hazırlıq prosesini Qazaxıstanda keçəcək.

Xəbər 777 dəfə oxundu.