Azərbaycanlı hakim Eldar Zülfüqarov dünya çempionatının oyunlarına təyinat alıb
Azərbaycanlı hakim Eldar Zülfüqarov 19 yaşadək kişi voleybolçular arasında Tunisdə keçiriləcək dünya çempionatının oyunlarına təyinat alıb.

Təyinat Beynəlxalq Voleybol Federasiyası tərəfindən gerçəkləşib.

Qeyd edək ki, dünya çempionatı avqustun 21-dən 30-dək davam edəcək.

Xəbər 732 dəfə oxundu.