Masallıda mini-futbol üzrə rayon turnirinə start verilib
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbəsinin futbol meydançasında veteran idmançı Rafiz Məmmədovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə rayon turnirinə start verilib.

Turnirin açılış mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şaban Əliyev ölkəmizdə idmanın bütün növlərinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət dəstəyindən danışaraq, yarış iştirakçılarına qələbə sevinci arzulayıb.

Mərasimdə Ərkivan qəsəbə ərazi üzrə nümayəndəəsi İsrail Tağıyev, veteran idmançı Çingiz Həşimov, qəsəbə ağsaqqalı Mehman Məmmədov və başqaları çıxış edərək, veteran idmançı Rafiz Məmmədovun keçdiyi həyat yolundan və onun uğurlarından danışaraq, turnirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Rayon turnirinin ilk günü “Çaxırlı” və “Aslanlar” komandası üz–üzə gəlib. Oyun 2:1 hesabı ilə “Çaxırlı” komandasının qələbəsi ilə başa çatıb.

Günün digər oyunu “Ərkivan” ilə “Ümid” komandaları ilə arasında keçirilib. Görüş heç-heçə nəticələnib - 1:1.
Turnir avqustun 30-dək davam edəcək.

Xəbər 751 dəfə oxundu.