Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
Avropa çempionatında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Sloveniyada təlim-məşq toplanışını davam etdirir.

Hazırlıq prosesi çərçivəsində millimiz Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirib. Voleybolçularımız yoldaşlıq matçında 5:0 hesabı qalib gəliblər.

Komandamız növbəti yoldaşlıq oyununu avqustun 20-də yenidən Sloveniya yığmasına qarşı keçirəcək.

Millimiz Avropa çempionatının keçiriləcəyi Macarıstana avqustun 21-də Sloveniyadan birbaşa yollanacaq.

“C” qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstan yığmaları olacaq.

Qeyd edək ki, son Avropa çempionatında millimiz dördüncü olub.

Xəbər 767 dəfə oxundu.