Azərbaycanın futbol üzrə millisinin üzvü Çexiya liqasındakı oyunda fərqlənib
Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvü Fərid Nəbiyev Çexiya liqasında növbəti qolunu vurub.

İyirmi yaşlı futbolçunun çıxış etdiyi “Slaviya B” komandası gənclər liqasının ikinci turunda “Vltavin” klubunu qəbul edib.

Praqa təmsilçisinin 4:1 hesabı ilə qalib gəldiyi oyunda yarımmüdafiəçimiz əsas heyətdə yer alıb. O, komandasının dördüncü qolunu vurub. Bu, millimizin üzvünün yeni mövsümdə ilk qolu olub. Bu qələbədən sonra xallarının sayını altıya çatdıran “Slaviya B” hazırda turnir cədvəlində liderdir.

Xatırladaq ki, ötən mövsüm Azərbaycanın U-21 yığmasının oyunçusu “Slaviya”nın heyətində vurduğu qollar sahəsində bu ölkənin çempionatının ən məhsuldar futbolçularından biri olmuşdu.

Xəbər 631 dəfə oxundu.