“Linfild”-“Qarabağ” oyununun hakimləri müəyyənləşib
Şimali İrlandiyada “Linfild” və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının “pley-off” matçının bütün hakimləri müəyyənləşib.

Avqustun 22-də Belfastdakı “Windsor Park”da təşkil olunacaq qarşılaşma isveçrəli hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Sandro Sxarer olacaq. Ona Stefan De Almeyda və Bekim Zoqay kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək. Hakim-inspektor Vlado Svilokos (Xorvatiya), UEFA nümayəndəsi isə Mikael Zaltser (İsveç) olacaq.

Qeyd edək ki, cavab görüşü avqustun 29-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər 663 dəfə oxundu.