“Roma” klubu hücumçu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb
İyaliyanın “Roma” klubu Bosniya və Herseqovinadan olan hücumçusu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb.

33 yaşlı futbolçu paytaxt təmsilçisi ilə üçillik müqavilə imzalayıb.

E.Dzeko 2016-cı ildən “Roma”nın şərəfini qoruyur. O, klubun heyətində keçirdiyi 179 oyunda 87 qol vurub və 38 məhsuldar ötürmə edib.

AZƏRTAC

Xəbər 785 dəfə oxundu.