İtaliyanın "Roma" klubu türkiyəli futbolçunu heyətinə qatıb
İtaliyanın "Roma" klubu Türkiyənin "Gənclərbirliyi" komandasının futbolçusu Mert Çetini heyətinə cəlb edib.

İtalyanlar 22 yaşlı müdafiəçi üçün Ankara təmsilçisinə 3 milyon avro ödəyib. Futbolçu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Anlaşmaya əsasən, oyunçu 5 milyon avrodan çox məbləğə satılacağı təqdirdə vəsaitin 10 faizi Türkiyə klubuna ödəniləcək.
Qeyd edək ki, M.Çetin 2017-ci ildən "Gənclərbirliyi"nin formasını geyinir.

"Roma"da digər türkiyəli futbolçu Cengiz Ünder də çıxış edir.

AZƏRTAC

Xəbər 776 dəfə oxundu.