Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib
Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyasının nümayəndələri karate üzrə seminar keçirmək üçün Bakıya gəliblər.

Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə ölkəmizdə olan komissiya sədri Xavyer Eskalante (İsveç), komissiya katibinin köməkçisi Fariba Madani (ABŞ) və komissiyanın üzvü Cavad Səliminin (İran) rəhbərliyi ilə avqustun 16-da yerli hakim və məşqçilər üçün növbəti seminar başlayıb.

Seminarın nəzəri hissəsində karate ilə bağlı qaydalardan söhbət açılıb, dəyişikliklər və yeniliklər barədə məlumat verilib. Seminarın ikinci hissəsində Azərbaycan milli komandanın məşqçiləri və üzvləri də iştirak ediblər.

Xəbər 757 dəfə oxundu.