"Qarabağ"ın “Linfild”lə oyununun vaxtı məlum oldu
Ağdamın “Qarabağ” klubunun növbəti avrokubok oyunlarının vaxtı açıqlanıb.

Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə oyununun başlama saatı artıq dəqiqləşib.

Şimali İrlandiya təmsilçisi ilə avqustun 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək. “Qarabağ” səfər oyununa Belfastda “Vindsor Park”da çıxacaq.

Avqustun 29-da Bakıda baş tutacaq matç isə saat 20:00-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Xəbər 776 dəfə oxundu.