“Neftçi”yə hansı çempion rəqib olacaq?
2012/13 mövsümündə Çempionlar Liqasında iştirak edəcək klubların sayı artıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin potensial rəqiblərinin siyahısı da genişlənib.

Artıq II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 31 komandadan 25-i məlumdur. Həmin 31 klubdan 17-si səpələnmişlər sırasında olacaq ki, onlar da “ağ-qaralar” və digər zəiflərin potensial rəqibləridir. Bakılılar, həmçinin II təsnifat mərhələsinin aşağı reytinqli 13 komandası və I təsnifat mərhələsinin 3 qalibi səpələnməmişlər arasında olacaq.

Məlum olan 25 çempiondan 14-nün güclülər, 9-nun zəiflər sırasında olacağı da dəqiqləşib. Lakin 2 çempion hələ də hansı səbətdə yer alacağını bilmir. “Neftçi”nin potensial rəqibi olan 14 komandadan 3-ü bu siyahıya yeni qoşulub. Bunlar Avstriya, Çexiya və Macarıstan çempionlarıdır ki, onların hər 3-nü arzuolunmaz rəqib saymaq olar.

Səpələnmişlər: “Dinamo” (Xorvatiya), “Slaşk” (Polşa), AEL (Kipr), BATE (Belarus), “Helsinqborq” (İsveç), HİK (Finlandiya), “Ventspils” (Latviya), “Maribor” (Sloveniya), “Partizan” (Serbiya), “Bazel” (İsveçrə), “Ekranas” (Litva), “Zalsburq” (Avstriya), “Debretsen” (Macarıstan), “Slovan” (Çexiya)

Səpələnməmişlər: “Neftçi” (Azərbaycan), “Reykyavik” (İslandiya), TNS (Uels), “Flora” (Estoniya), “Şaxtyor” (Qazaxıstan), “Uliss” (Ermənistan), “Molde” (Norveç), “Jelezniçar” (Bosniya və Herseqovina), “Skenderbeu” (Albaniya)

Qeyri-müəyyənlər: “Şemrok Rovers” (İrlandiya), “Hapoel” (Kiryat-İrona, İsrail)

Xəbər 1300 dəfə oxundu.