Cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib
“Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib.

Yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparır. Yarışların birinci günündə oğlanlar və qızlar arasında altı çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızların yarışında Şəfəq Həmidova (48 kq), Bəsti Səfərova (57 kq), Aidə Baxışova (70 kq), oğlanların mübarizəsində isə Balabəy Ağayev (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Aliumar Tumayev (90 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.

Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.

Yarışa avqustun 16-da yekun vurulacaq.

Xəbər 777 dəfə oxundu.