Stolüstü tennisçilərimiz Macarıstanda təlim-məşq toplanışında iştirak edirlər
Macarıstanda stolüstü tennis üzrə mini kadetlər üçün təlim-məşq toplanışı və beynəlxalq turnir keçirilir.

Yeniyetmələrdən ibarət milli komandamızın 6 üzvü məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi altında təlim-məşq toplanışı və turnirdə iştirak edir.

Təlim-məşqlər və beynəlxalq turnir avqustun 20-dək davam edəcək.

Xəbər 1075 dəfə oxundu.