“Zirə” növbəti transferini reallaşdırıb
“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Azsport.az klubun “facebook” səhifəsinə istinadla xəbər verir ki, qəsəbə təmsilçisi perulu Alvaro Ampuero ilə anlaşıb. İyirmi yeddi yaşlı müdafiəçi “Universidad San Martin” klubundan birillik icarəyə götürülüb.

Oyunçu daha öncə ölkəsində “Universitario de Deportes”, İtaliyada isə “Parma”, “Padova” və “Salernitana” komandalarının formasını geyinib.

Qeyd edək ki, A.Ampeuro Peru yığmasının heyətində 9 oyunda meydanda olub.

Xəbər 759 dəfə oxundu.