Kehill və Luisin finalda iştirakı sual altında
Kehillin və Lusiin Çempionlar Liqası finalında iştirakı hələ ki, sual altındadı. Onların mayın 19-a kimi sağalmaları şansı hələ olsa da, dizlərində problemləri olan futbolçular barədə Roberto Di Matteonun başçılıq etdiyi məşqçilər qərargahı dəqiq proqnoz verə bilmirlər.

İdman.com.az saytının məlumatına görə, baş məşqçi məsələ ilə bağlı fikirlərini belə açıqlayıb: «David Luis və Qari Kehill gələn həftə ümumi qrupda məşq etmələri üçün əlimizdən gələni edirik. Onlar artıq 3-4 həftədi sırada deyilər. Bizim finalda cəzalılarımızı da nəzərə alaraq, onları ayaq üstə qaldırmağa çalışırıq. Ancaq indidən dəqiq bir söz deyə bilmərik».

Xəbər 874 dəfə oxundu.