Dalqlişə trasfer üçün pul verilməyəcək
«Liverpul»un amerikalı sahibləri azarkeşlər arasında populyar olan baş məşqçi Kenni Dalqlişin vəzifəsində saxlanılmasına qərar veriblər. Lakin bununla belə, məşqçiyə yayda transferlər aparmaq üçün büdcə ayırmayacaqlar.

İdman.com.az saytının məlumatına görə, «qırmızılar»ın sükanına qayıtdıqdan sonra Dalqliş yeni oyunçuların alınmasına 120 milyon funt xərclədi. Bu transferlərdən Endi Kerroll, Stüart Dauninq və Çarli Adam kimi bəziləri qiymət və keyfiyyət münasibətləri baxımından şübhəli görünür.

Cari mövsümdə Dalqliş Liqa Kubokunu qazanıb. Lakin İngiltərə kubokunun finalında uduzub və çempionatda da uğursuz çıxış edib. Son zamanlar kluba sahib «Fenway Sports Group»un onu istefaya göndərəcəyi şayiələri gəzirdi. Ancaq şirkət başqa yolla getməyi qərara aldı. İndi məşqçi onlara qoyulan pulları doğrultmayan futbolçulardan maksimum bacardıqlarını çıxartmağa çalışmalıdı.

Xəbər 1060 dəfə oxundu.