Raul kökünü unutmur
«Şalke»nin forvardı Raul öz kökünü unutmur. İdman.com.az saytının məlumatına görə, «Real»ın keçmiş forvardı futbolun sirlərini öyrəndiyi məktəbi iflasdan qurtarıb. «San Kristobal»ın prezidenti Pedro Albares İnyesta bildirib ki, məktəb iflasdan klubun ən uğurlu yetirmələrindən olan Raulun maddi köməyi sayəsində qurtulub:

«Çox xoşdu ki, Raul kökünün haradan olduğunu unutmur. Ondan indi bir xahişim var. Qoy geri dönsün ki, ona təşəkkür edib ötən günləri xatırlayaq».
Raul San Kristobal»da 3 il məşğul olub, ondan sonra Madrid «Atletiko»sunun gənclər komandasında peyda olub.

Xəbər 1084 dəfə oxundu.