Şahmatçılarımız Avropa birinciliyinin sonuncu turunda mübarizə aparırlar
Azərbaycan şahmatçıları Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa birinciliyinin sonuncu turunda mübarizə aparırlar.

Çempionatda müxtəlif yaş kateqoriyaları üzrə yarışlarda şahmatçılarımızdan Dinarə Hüseynova (7 xal, 2-ci yer), Səadət Bəşirli (6,5 xal, 3-cü yer), Ayan Allahverdiyeva (6,5 xal, 2-ci yer), Cahandar Azadəliyev (7 xal, 2-ci yer) və Yusif Kərimli (6,5 xal, 3-cü yer) liderlər qrupunda mübarizəni davam etdirirlər.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 772 dəfə oxundu.