Sumqayıtda könüllər arasında keçirilən voleybol turnirinin qalibləri müəyyənləşib
Sumqayıtda könüllü gənclərin voleybol yarışı keçirilib. Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil edilən turnir şəhərin 70 illik yubileyinə həsr olunub. Yarışda müxtəlif sahələri təmsil edən gənc könüllülər iştirak edib.

Turnirin açılış mərasimində Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçıları salamlayaraq, Sumqayıt şəhərinin əsaslı yenidənqurma və abadlıq işlərinin aparılması nəticəsində zövq oxşayan görkəm qazanmasından, ölkəmizdə, o cümlədən şəhərimizdə uğurla həyata keçirilən dövlət-gənclər siyasətindən danışıb.

Yarışda, ümumilikdə, 6 komanda və hər komandadan 7 nəfər olmaqla, 42 gənc qalib adı uğrunda mübarizə aparıb.

Gərgin keçən yarışın yekun nəticəsinə əsasən, I yerə Sumqayıt “ASAN Xidmət” Mərkəzinin “Mübariz”, II yerə Qızıl Aypara, III yerə isə Sumqayıt Gənclər Klubunun eyniadlı komandaları layiq görülüb.

Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edilib.

Xəbər 815 dəfə oxundu.