Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ümid Avtomobil Klubunun meydançasında motokross üzrə paytaxt çempionatı keçirilib.

Çempionatda idmançılar mühərrikinin həcmi 125 və 250 kubsantimetr olan motosikletlərlə yarışlarda məharətlərini göstəriblər. Qaliblər Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 769 dəfə oxundu.