Binəqədidə uşaq və yeniyetmələr arasında üzgüçülük turniri keçirilib
Avqustun 9-da Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında “Beynəlxalq Gənclər günü” münasibətilə qızlar arasında üzgüçülük turniri keçirilib.

Brass üsulu ilə keçirilən üzgüçülük turnirində Aylin İbrahimova birinciyə, Aylin Hüseynova ikinciyə, Nəzrin Rəhimli üçüncü yerə layiq görülüb.

Mükafatlandırma mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov “Beynəlxalq Gənclər günü” münasibətilə gənc idmançıları təbrik edib, onlara təhsildə və idman yarışlarında uğurlar arzulayıb.

Xəbər 713 dəfə oxundu.