Fariz Ermənistan boksçusunu nokauta saldı
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov (66 kq) 7 illik fasilədən sonra ilk döyüşünü keçirib. Идман.ъом.аз сайтынын мялуматына эюря,Almaniyanın Vaysvater şəhərində təşkil olunan görüşdə təmsilçimiz Avstriyada yaşayan Ermənistan boksçusu Jeqise Tomasyanın gücünü yoxlayıb.

WBCA versiyası üzrə keçirilən döyüşdə 28 yaşlı Tomasyanla qarşılaşma 12 raunddan ibarət olsa da, həmyerlimiz 4-cü raundda rəqibini nokauta salaraq, layiqli qələbə qazanıb.

Qeyd edək ki, döyüşdən öncə Məmmədov həbsdən çıxdıqdan cəmi 4 ay sonra mübarizəyə başlamasına səbəb kimi rəqibin məhz erməni olmasını göstərmişdi.

Xəbər 1166 dəfə oxundu.