Azərbaycanın beş şahmatçısı Avropa çempionatının liderlər qrupunda mübarizə aparır
Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmə şahmatçılar arasında Avropa birinciliyində yeddinci tura yekun vurulub.

Çempionatda müxtəlif yaş kateqoriyaları üzrə iştirak edən şahmatçılarımızdan Dinarə Hüseynova, Səadət Bəşirli, Ayan Allahverdiyeva, Cahandar Azadəliyev (hərəyə 6 xal) və Yusif Kərimli (5,5 xal) liderlər qrupunda mübarizəni davam etdirirlər.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 820 dəfə oxundu.