Azərbaycanlı refer Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb
Azərbaycanlı hakimlər briqadası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyununa təyinat alıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 13-də Avstriyada keçiriləcək “LASK” – “Bazel” (İsveçrə) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Xəbər 755 dəfə oxundu.