“Sumqayıt” futbol klubu yeni mövsümünün ilk oyununu səfərdə keçirəcək
Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümündə 1-ci turun oyun cədvəli müəyyənləşib.

AFFA-nın keçirdiyi püşkatma nəticəsində sumqayıtlılar ilk matçı səfərdə oynayacaq. “Sumqayıt” “Qəbələ” ilə qarşılaşacaq. Oyun avqustun 17-də Qəbələ şəhər stadionunda baş tutacaq.

Ayxan Abbasovun yetirmələri çempionatın birinci turu üçün hazırlığı davam etdirir.

Xəbər 799 dəfə oxundu.