Bakıda su polosu üzrə açıq Bakı birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Su İdmanı Sarayında su polosu (vaterpol) üzrə açıq Bakı birinciliyi keçirilib.

Yarışda Azərbaycan komandaları ilə yanaşı, Qazaxıstanın “Astana” klubunun vaterpolçuları da iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə “Astana” komandası birinci yeri tutub. Sonrakı yerlərdə müvafiq olaraq “Aqvatik-I”, “Aqvatik-II” və “MOİK” komandaları qərarlaşıblar.

Qalib komandalar kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 1195 dəfə oxundu.