Naxçıvanlı idmançılar Türkiyədə boks yarışında 3 medal qazanıblar
Türkiyənin İğdır şəhərində boks üzrə təşkil olunan yarışda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri 3 medal qazanıblar.

9 türkiyəli boksçu 9 əcnəbi boksçuya qarşı rinqə çıxıb.

57 kiloqram çəki dərəcəsində rinqə çıxan Tayfur Əliyev rəqibini məğlub edərək qalib adını qazanıb. Eyni uğuru 75 kiloqram çəki dərəcəsində Sərvər Abdullayev də təkrarlayıb. Alişan İsmayılov isə öz çəki dərəcəsində (46 kiloqram) ikinci olub.

İdmançılarımız təşkilatçılar tərəfindən medal və kubokla təltif ediliblər.

Xəbər 819 dəfə oxundu.