İran güləşçiləri 3 il öncəki məğlubiyyətin əvəzini çıxdı
Bu gün «Sərhədçi» Olimpiya-İdman Mərkəzində sərbəst güləş üzrə Dünya Kuboku başa çatıb. İdman.com.az saytının məlumatına görə, qrup mərhələsində rəqib komandaları darmadağın edən Azərbaycan bahadırları finala vəsiqə qazanıblar. Həlledici mərhələdə millimiz iranlı həmkarları ilə üz-üzə gəliblər.

Gərgin keçən görüşdə qonşu ölkənin komandası qalib gəlib və 3 il öncə Tehrandakı məğlubiyyətin əvəzini çıxıb. Maraqlıdır ki, həmin görüşdə də 4:3 qeydə alınmışdı. Amma bu dəfə eyni yarışda həmin nəticə ilə İran kollektivi sevinib.

Azərbaycan pəhləvanları 2004-cü ildə ilk dəfə ölkəmizdə keçirilən Dünya Kubokunda isə baş mükafatı başı üzərinə qaldırıb. İndikindən fərqli, o mübarizədə seçmə komandanı cəmi 2 legioner – Rüstəm Ağayev (96 kq) və Nikolay Telegin (120 kq) təmsil edirdi.

Xəbər 1063 dəfə oxundu.