Azərbaycan şahmatçıları Avropa birinciliyində liderlər qrupunda mübarizə aparırlar
Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan şahmatçılarının da mübarizə apardıqları yeniyetmələr arasında Avropa birinciliyində dörd tura yekun vurulub.

Müxtəlif yaş kateqoriyaları üzrə şahmatçılarımızdan Səadət Bəşirli, Dinarə Hüseynova maksimum xalla liderlər qrupunda mübarizə aparırlar. Read Səmədov, Cahandar Azadəliyev, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva liderdən yalnız 0,5 xal geri qalırlar.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 769 dəfə oxundu.