Braziliya komandası Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirin qalibi olub
Braziliya komandası Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirin qalibi olub.

Turnirin final qarşılaşmasında Braziliyaya məğlub olan Avstriya komandası gümüş medalla kifayətlənib. İran kollektivi isə turniri üçüncü pillədə başa vurub.

Qadınların yarışında Almaniya və Braziliya futvolleyçilərindən təşkil olunmuş kollektiv birinci olub. Rusiyanın iki komandası isə ilk üçlüyü tamamlayıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 15 ölkədən 30 komanda birincilik uğrunda mübarizə aparıb.

Xəbər 760 dəfə oxundu.