“Qəbələ” futbol komandası Küveyt klubuna qalib gəlib
“Qəbələ” futbol komandası Topaz Premyer Liqasının 2019-2020-ci illər mövsümünün hazırlığını davam etdirir. UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Dinamo” (Tbilisi, Gürcüstan) ilə oyunlardan sonra məşqlərinə bir günlük ara verən “qırmızı-qaralar” Bakıda toplaşıb.

Komandamız avqustun 5-də Küveytin “Əl Salmiyə” klubu ilə yoldaşlıq görüşü keçirib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil edilən oyunda Sənan Qurbanovun yetirmələri 2:0 hesabı ilə qələbə qazanıblar.

Matçda “qırmızı-qaralar”ın heyətində qolları Asif Məmmədov (70-ci dəqiqə) və Fernan Lopez (87-ci dəqiqə) vurublar.

Xəbər 819 dəfə oxundu.