Tokio 2020-də iştirak edəcək idmançıların maksimal sayı açıqlanıb
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların maksimal sayı açıqlanıb.

Yarışın Təşkilat Komitəsi gələn il 15490 idmançını qəbul etməyə hazırlaşır. Onlardan 11090 nəfəri Olimpiya, 4400 nəfəri isə Paralimpiya Oyunlarında iştirak edəcək. Bu rəqəmlər cüzi sayda az da ola bilər.

Qeyd edək ki, Olimpiada iyulun 24-dən avqustun 9-dək, Paralimpiada avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.

Xəbər 831 dəfə oxundu.