Arkadi Naydiç “Belt and Road 2019” turnirində növbəti qələbə qazanıb
Çində keçirilən “Belt and Road 2019” şahmat festivalının altıncı turuna yekun vurulub.

Azərbaycan təmsilçisi Arkadi Naydiç altıncı turda çinli Çen Vanqı məğlub edib. Altı turdan sonra A.Naydiç 3,5 xalla 27-ci pillədədir. Turnir cədvəlinə 5 xalla gürcüstanlı İvan Çeparinov başçılıq edir.

İsveçrə sistemi üzrə keçirilən festival 9 turdan ibarətdir.


Xəbər 703 dəfə oxundu.