Azərbaycanın 10 şahmatçısı Avropa birinciliyində liderlər qrupunda mübarizə aparır
Azərbaycan şahmatçıları Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində uğurlu çıxışlarını davam etdirirlər.

Müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Read Səmədov, Murad Mehdizadə, Xəqan Əhməd, Yusif Kərimli, Rafael Bayramlı, Gövhər Beydullayeva, Səmra Qasımova, Zərifə Abbasova, Səadət Bəşirli və Dinarə Hüseynova liderlər qrupunda mübarizə aparırlar.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 694 dəfə oxundu.