“Sumqayıt” futbol klubu Ankara toplanışını başa vurub
2019/2020-ci illər mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” futbol klubu təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub.

Klub iyulun 18-dən Ankaranın Kızılcahamam bölgəsində məşq edir və hazırlığını dünən səhər saatlarında keçirdiyi bərpa məşqi ilə yekunlaşdırıb.

Klub artıq Sumqayıta qayıdıb. Ayxan Abbasovun yetirmələri avqustun 5-də iki günlük istirahətin ardından Sumqayıtda çempionatın birinci turu üçün hazırlıqları bərpa edəcək.

Xəbər 694 dəfə oxundu.