«Qalatasaray» «Şükrü Saracoğlu»da çempion oldu!
Bu gün Türkiyə Superliqasında mübarizəyə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, çempion son turda müəyyən olub. Final mərhələsinin həlledici görüşündə səfərdə «Fənərbağça» ilə qarşılaşan «Qalatasaray», əzəli rəqibi ilə bir xallıq üstünlüyünü sonda qoruyub (47 xal). Nəfəs kəsən mücadilədə daha çox müdafiəyə fikir verən «sarı-qırmızılar», hesabın bərabər bitməsinə nail olub – 0:0.

Bu gərgin mübarizədə tərəflər bir dəfə baş hakimdən qırmızı kart görüblər. «Fənərbağça»dan 66-cı dəqiqədə İssiar Dia, «Qalatasaray»dan 81-ci dəqiqədə Tomaş Ulfaluşi meydandan qovulublar.

«Aslanlar»ın sükanı arxasında 5-ci dəfə çempioluq sevincini yaşayan baş məşqçi Fateh Terim, Türkiyə futbolunun tarixinə düşüb. Belə ki, bu uğura qardaş ölkədə hələ heç bir mütəxəssis yetişməyib.

Xəbər 946 dəfə oxundu.