“Qarabağ” və “Neftçi” klublarının avrokuboklarda potensial rəqibləri müəyyənləşib
UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi üçün səbətlərdə yer alan komandalar açıqlanıb.

Təsnifat mərhələsinin sonuncu turunda Azərbaycanı iki klub təmsil edə bilər. Bu, “Qarabağ” Kiprin “APOEL” komandasını keçə bilməyəcəyi, “Neftçi” isə İsrailin “Bney Yehuda” klubunu mübarizədən kənarlaşdıracağı halda baş verəcək.

“Qarabağ” UEFA Çempionlar Liqasında daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər səbətinə düşəcək. Rəqib isə yenidən İrlandiyanın “Dundalk” klubu ola bilər:

“Sutyeska” (Monteneqro) / “Linfild” (Şimali İrlandiya) cütünün qalibi

“Lüdoqorets” (Bolqarıstan) / TNS (Uels) cütünün qalibi
“Sarayevo” (Bosniya və Herseqovina) / BATE (Borisov, Belarus) cütünün qalibi
“Astana” (Qazaxıstan) / “Valletta” (Malta) cütünün qalibi
“Slovan” (Bratislava, Slovakiya) / “Dundalk” (İrlandiya) cütünün qalibi
“Neftçi” isə UEFA Avropa Liqası yolunda “Bney Yehuda”nı üstələyəcəyi halda səpələnmişlər səbətindəkilərdən biri ilə qarşılaşacaq:
“Antverpen (Belçika) / “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi
“Bröndbü” (Danimarka) – “Braqa” (Portuqaliya) cütünün qalibi
“Vaduts” (Lixtenşteyn) – “Ayntraxt” (Frankfurt, Almaniya) cütünün qalibi
“Malmö” (İsveç) / “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi
“Partizan” (Serbiya) / “Yeni Malatyaspor” (Türkiyə) cütünün qalibi
Püşkatma mərasimi avqustun 5-də Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın APOEL səddini keçəcəyi təqdirdə səpələnmişlər səbətindəki cütlərdən birinin qalibi ilə qarşılaşacağı açıqlanıb:

PAOK (Yunanıstan) / “Ayaks” (Hollandiya)
ÇFR (Kluj, Rumıniya) / “Seltik” (Şotlandiya)
“Srvena Zvezda” (Serbiya) / “Kopenhagen” (Danimarka)
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Ferentsvaroş” (Macarıstan)
Püşkatma mərasimi avqustun 5-də saat 14:00-da başlanacaq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 20-21-də və 27-28-də, UEFA Avropa Liqasında isə müvafiq olaraq avqustun 22-də və 29-da keçiriləcək.

Xəbər 778 dəfə oxundu.