Avropa birinciliyində şahmatçılarımız çıxışlarını davam etdirirlər
Slovakiyanın Bratislava şəhərində yeniyetmələr arasında şahmat üzrə Avropa birinciliyində təmsilçilərimiz çıxışlarını davam etdirirlər.

Müxtəlif yaş kateqoriyalarında çıxış edən şahmatçılarımızdan Murad Mehdizadə, Cahandar Azadəliyev, Read Səmədov, Şahin Vəliyev, Xəqan Əhməd, Yusif Kərimli, Rafael Bayramlı, Gövhər Beydullayeva və Kənan Qarayev ilk görüşlərini qələbə ilə başa vurublar. Abbas Azadov isə 0,5 xal toplayıb.

Qitə birinciliyində 49 ölkədən 1300-dən çox 8-18 yaşlı yeniyetmə şahmatçı mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.


Xəbər 723 dəfə oxundu.