Şahmatçılarımız Avropa birinciliyində mübarizəyə başlayırlar
Avqustun 2-də Slovakiyanın Bratislava şəhərində yeniyetmələr arasında şahmat üzrə Avropa birinciliyi start götürür.

49 ölkədən 1300-dən çox şahmatçının qatıldığı qitə birinciliyində 8-18 yaşlı yeniyetmə idmançılar iştirak edirlər. Azərbaycanı bu yarışlarda müxtəlif yaş kateqoriyalarında 30 şahmatçı təmsil edir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.

Xəbər 719 dəfə oxundu.