“Sumqayıt” futbol klubu Pakistan yığmasını böyük hesabla məğlub edib
“Kapital Bank Arena”nın ehtiyat meydançasında “Sumqayıt” futbol klubunun 2004-2005-ci il təvəllüdlü futbolçuları ilə pakistanlı həmyaşıdları arasında dostluq oyunu keçirilib.

Matçdan öncə qonaqları salamlayan “Sumqayıt” FK-nın vitse-prezidenti Vaqif Ömərov və akademiyanın direktoru Hakan Sünal pakistanlı qonaqları Azərbaycanda görməklərindən məmnun olduqlarını bildiriblər.

Qarşılaşma “Sumqayıt”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandada qolları Namiq Məmmədzadə, Ruslan Əliyev, Rəhman Məmmədov, Fərid Abbasov və Rəvan Əsgərzadə vurub.

Xəbər 749 dəfə oxundu.