Sissi Rayt: Şanslarımızın hamısından istifadə edə bilmədik
“Rəqibimiz ilk qarşılaşma ilə müqayisədə bu dəfə fərqli oynadı və işimizi çətinləşdirdi. Şanslarımız çox olsa da, hamısından istifadə edə bilmədik”. İdman.com.az saytının məlumatına görə, bu fikri Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Sissi Rayt deyib.

Almaniyalı çalışdırıcı Latviyanın U-17-si üzərində Lənkərandakı 2-ci oyunda da qazandığı qələbədən sonra (3:2), AFFA-nın rəsmi saytına fikirlərini bildirib. Rayt komandadan razı qaldığını bildirib:

“İki oyunu dəyərləndirməli olsaq, ümumilikdə, komandadan razı qaldım. Azarkeşlər bizi səmimi qəlbdən dəstəklədilər. İnanıram ki, Azərbaycanın hər yerində, bütün bölgələrdə azarkeşlərin belə dəstəyindən faydalana bilərik”.

Xəbər 948 dəfə oxundu.