Azərbaycanlı könüllü İngiltərə Futbol Assosiasiyasının layihəsində iştirak edib | |
İngiltərənin Birmingem şəhərində İngiltərə Futbol Assosiasiyasının təşkilatçılığı ilə Liderlik Akademiyası layihəsi həyata keçirilib. “UEFA Avropa Liqası Final 2019”un və “Avro 2020”nin könüllüsü Camal Səmədov AFFA-nın xətti ilə layihədə iştirak edib. Liderlik Akademiyasına 14 fərqli ölkənin hərəsindən 1 təmsilçi qatılıb. Digər iştirakçılar isə İngiltərənin müxtəlif şəhərlərini təmsil ediblər. Ümumilikdə, tədbir 100-ə yaxın gəncin iştirakı ilə keçirilib. Layihə müddətində liderliklə bağlı təlimlər, komanda quruculuğu ilə bağlı müxtəlif yarışlar, oyunlar təşkil edilib. Eyni zamanda, “Avro 2020” ilə bağlı geniş təqdimat nümayiş olunub. |
|
Xəbər 747 dəfə oxundu. |
|
|