Şahmatçımız “Belt and Road 2019”da ilk qələbəsini qazanıb
Çində “Belt and Road 2019” şahmat festivalı keçirilir.

Ölkəmizi festivalda təmsil edən milli komandamızın üzvü Arkadi Naydiç ilk turda iranlı Sarasadat Xademalşariehlə heç-heçə etsə də, ikinci turda çinli Yiping Louya qalib gəlib.

Turnirdə 73 şahmatçı mübarizə aparır ki, onlardan da 43-ü qrossmeysterdir. İsveçrə sistemi ilə keçirilən festival 9 turdan ibarətdir.

Xəbər 738 dəfə oxundu.