Avropa çempionatında uğurlu çıxış edən paracüdoçularımız Vətənə dönüblər
Avropa çempionatında uğurla çıxış edən paracüdo üzrə Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda komandamızı Azərbaycan Cüdo Federasiyasının, Milli Paralimpiya Komitəsinin, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin nümayəndələri və azarkeşlər qarşılayıblar.

Xatırladaq ki, İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatında komandamızın üzvləri fərdi yarışlarda 10 medal qazanıblar. Fərdi mübarizədə ikinci yeri tutan millimiz komanda yarışlarında isə Türkiyə, Rusiya və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançıları Assosiasiyasının yığma komandalarını məğlub edərək Avropanın ən yaxşı komandası adına layiq görülüblər.

Xəbər 1107 dəfə oxundu.